Ekitab endir pulsuz

 

Şənbə, 2018-10-20, 7:56 AM Ana səhifə | Qeydiyyat | Daxil ol Xoş gəlmisiniz! Guest | RSS

Kitab dili menusu
Sayt menusu
Kateqoriyalar
Detektiv. Macəra [51]
Fəlsəfə, Psixologiya, Özünüinkişaf [65]
Dünya ədəbiyyatı [87]
Azərbaycan ədəbiyyatı [10]
Klassiklər [39]
Klassik Azərbaycan Ədəbiyyatı [2]
Müasir Ədəbiyyat [10]
Siyasi [2]
Tibbi [3]
Sürücülük testləri [23]
İnternet - şəbəkə [2]
Dərslik, elmi kitablar [10]
Pyeslər [1]
Poeziya [4]
Din. İlahiyyat elmləri [1]
AutoCAD [3]
Lüğətlər, ensiklopediyalar [7]
Deep Web kitabları [3]
Fantastik [4]
Romantik [0]
Bu kateqoriyada ancaq Romantik kitablar olmalıdır.
Dünya uşaq ədəbiyyatı [1]
Bioqrafiya [4]
English (non-fiction) [13]
Marketinq, Menecment [3]
Select Readings [4]
Məqalə, Qəzet və Jurnallar [1]
Səsvermədə iştirak edin
Saytımıza qiymət verin
Total of answers: 138
Statistika

Ümumi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Bizə yardım edin!

Biz kimik? ( Gazikin fikri ilə)

Sual biraz fərqli görünsə də, biz də sizin kimi kitab həvəskarlarıyıq. Hansı ki, 17 ildən çox bir-birlərini tanıyan və oxuduqları kitabların dili ilə bir-birlərini anlayan iki dost. Uzun və Gazik. Proyektə başlama səbəbimiz Uzun-un təklifi ilə oldu. Mənim əvvəllər də buna bənzər tutdura bilmədiyim proyektlərim olmuşdu, ancaq bu dəfə 100% tutduracağımı bildiyim üçün yaxın dostuma YOX demədim. Və başladıq!

Elektron kitab bazamız çox zəngindir, ancaq şəxsi işlərimiz və Kolumbiyanın iqtisadiyyatını əldə saxladığımız üçün saytda kitab dərc etməyə vaxt tapa bilmirik.

Ancaq başlıca şüarımız, özümüz kimi kitab həvəskarlarını bir araya toplamaq və dövlətə, millətə pirat da olsa ekitab cəhətdən kömək edib, bazamızı təkmilləşdirməkdir. Rusiyada metroda bir vaqonda hər on nəfərdən beşinin əlində kitab var. Ancaq Azərbaycanda hər yüz nəfərdən bu statistikanı hesablamaq lazım gəlir. Buda məni məyus edir. Belə ki, ölkəmizdə tələbələr, müəllimlər Google vasitəsi ilə gündə ən az 17 mindən çox ekitab vəya elektron məlumat axtarır. Ancaq Azərbaycan dilində məqalə və e-resurslar az olduğu üçün ya işlərini görə bilmir ya da rus və ya ingilis dilli veb saytlardan tapıb, endirib, tərcümə edirlər.

Bu növ hallarla mən özüm də qarşılaşdığım üçün istəmirəm ki, öyrənmək istəyən yeni nəsil əziyyət çəksin.

İrəliləyən vaxtlarda DeepWeb pirat kitab resurslarından ingilis və rus dilində olan “müəllif hüquqları” olan kitablar paylaşacağam. Saytımızı daima izləyin və daima öyrənməkdən və oxumaqdan həzz alın.

Biz kimik ( UZUNun fikri ilə)

İngilis yazıçısı (həmçinin şair, filosof, dramaturq, jurnalist və incəsənət xadimi) Gilbert Keith Chesterton’un (1874-1936) kitab haqqında belə bir deyimi var: “Həvəsli bir adamın kitab oxumaq istəməsi ilə yorğun bir adamın oxumağa bir kitab istəməsi arasında kəskin fərq var”.

                  Əziz kitabsevərlər, Bakı və Naxçıvan daxil olmaqla Azərbaycanın 20-dən çox bölgəsində olmuşam. Elə rayonlarımız olub ki, orada kitab oxuyana ümumiyyətlə rast gəlməmişəm. Ən çox kitab oxuyanı isə paytaxtda görmüşəm. Səbəbini isə insanların (xüsusilə tələbələrin) çoxluğunda və burada yaşayanların müxtəlif millətlərdən olmasında görürəm. Yenə də vəziyyət çox acınacaqlıdı.

                Belə bir hal da var ki, bəzi insanlar kitabı əllərinə göstəriş olsun deyə alırlar. Eləcə oxumaq xatirinə oxuyurlar. Kitabı hiss etmirlər. Onları anlamıram. Kitabı sevərək oxuyanlar azlıq təşkil edir. Çalışaq kitabı sevərək oxuyanlardan olaq, kitabı hiss edək və kitabdan nələrsə öyrənməyi bacaraq. Çox heyif ki, kitab oxumağa çox həvəsli olan amma almağa maddi cəhətdən sıxıntı çəkən insanlar da var.

                Bütün bunları düşündükdən sonra məndə belə bir sayt yaratmaq fikri yarandı. Əlbəttə bunu tək edə bilməzdim. Buna görə də mənə ən çox kömək edə biləcək şəxsdən, “qədim” dostum Gazikdən kömək istədim. Saytı yaratmaqda məqsədimiz kitab sevən insanları bir yerə toplamaq, maddi sıxıntısı olan insanların kitab oxumasına kömək etmək və oxumaq istədyiniz kitabları sizə təqdim etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik.

                Mən Uzun. Kitab oxumağı və kitab oxuyanları sevirəm. Hər birinizə xoş mütaliələr!!!  

Giriş
Axtarış
Təqvim
«  Oktyabr 2018  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Aylıq arxiv
  • Ekitab Upload service
  • Dost saytlar
  • Upload service
  • HIST Community
  • Cem Yilmaz film izleme sitesi
  • Kaçak dizisi izleme sitesi
  • © 2009-2018. www.ekitab.ucoz.org - Elektron Kitab Portalı. Portalın materiallarından istifadə zamanı www.ekitab.ucoz.org-a istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. 
    P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

    uCoz